MTRŞ Region TV-də yayımlanan verilişdə baş verən qalmaqalı araşdıracaq

MTRŞ Region TV-də yayımlanan verilişdə baş verən qalmaqalı araşdıracaq
# 30 mart 2016 12:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) Region TV-də yayımlanan “Ferma” realiti şousunda baş verən qalmaqala münasibət bildirib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya deyib ki, “Ferma” verilişində baş verən qalmaqal araşdırılır.

Şöbə müdiri əlavə edib ki, verilişin əvvəlki buraxılışları da təhlil olunur.

T. Dadaşov qeyd edib ki, verilişdə qanun pozuntusu aşkarlansa, arayış yazılacaq.

Qeyd edək ki, verilişin ötən gün yayımlanan buraxılışında 2 iştirakçı mübahisə edərək, əlbəyaxa olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR