Yunanıstan baş naziri: “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir”

Yunanıstan baş naziri: “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməlidir”
# 16 mart 2016 07:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməlidir”.

APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın baş naziri Aleksis Tsipras Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Yunanıstan baş naziri qeyd edib ki, prezidentlə görüşü zamanı Qara dəniz regionunda təhlükəsizlik məsələləri də müzakirə edilən məsələlər arasında olub.

“Biz Ukraynada sülhə nail olunması üçün Minsk razılaşmalarının həyata keçirilməsinin vacibliyini qeyd etdik. Cənubi Qafqazda sülh və stabilliyin gücləndirilməsinin vacibliyini və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllini də vurğuladıq”, - deyə o bildirib

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Yunanıstanın paytaxtı Afinada rəsmi səfərdə olub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR