Stoltenberq: “Rusiya ilə qarşıdurma yox, konstruktiv dialoq istəyirik”

Stoltenberq: “Rusiya ilə qarşıdurma yox, konstruktiv dialoq istəyirik”
# 02 iyun 2016 14:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO-nun fəaliyyətləri ilə beynəlxalq öhdəlikləri üst-üstə düşür. Fəaliyyətlərimiz münaqişələrin qarşısını almağa yönəlib. Rusiya ilə qarşıdurma yox, konstruktiv dialoq istəyirik”.

APA-nın xəbərinə görə, bunu NATO baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Y. Stoltenberqin sözlərinə görə, NATO öz sərhədlərini qorumaq üçün sərhədlərindən kənarda da stabilliyin təmin edilməsinə nail olmalıdır: “Terrora qarşı ən effektiv silah yerli özünümüdafiə qüvvələrinin olmasıdır. Bu məqsədlə İraq və Əfqanıstanda yerli təhlükəsizlik qüvvələrinə təlimlər keçilir” .

Baş katib müasir təhlükəsizlik çağırışlarına qarşı mübarizə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın vacib olduğunu deyib.

Rusiya ilə münasibətlərə toxunan Y. Stoltenberq alyansın qarşıdurma və yeni silahlanma yarışı istəmədiyini deyib.

“Biz dialoq və siyasi təmasların açıq olmasını, münasibətlərimizin əməkdaşlıq əsasında qurulmasını istəyirik”, - deyə baş katib diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR