Gəncə şəhər sakini kimyəvi məhluldan zəhərlənib

Gəncə şəhər sakini kimyəvi məhluldan zəhərlənib
# 06 aprel 2016 09:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə zəhərlənmə hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Eşqin Rəhimov kimyəvi məhluldan zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E. Rəhimov təmizləyici kimi istifadə edilən kimyəvi məhlul içib və zəhərlənib. Onun məhlulu hansı məqsədlə içdiyi həlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR