Neftçala sakininə məxsus 30 ton ot bağlaması yanıb

Neftçala sakininə məxsus 30 ton ot bağlaması yanıb
# 25 oktyabr 2015 18:31 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı-APA. Neftçala sakininə məxsus 1200 ədəd ot bağlaması yanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi saat 14.52 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini, 1967-ci il təvəllüdlü İslam Əvəzağa oğlu Əsgərova məxsus təsərrüfatda baş verib.

Ümumi sahəsi 100 kv. metr olan talvar və altına yığılmış 1200 ədəd, ümumi çəkisi 30 ton olan ot bağlaması tamamilə yanıb. Yanğının söndürülməsinə Salyan və Neftçala rayonlarının yanğınsöndürənləri avtomobil və canlı qüvvəsi cəlb edilib.

Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Təsərrüfat sahibinə xeyli maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR