Bavariya DİN: Partlayışın Suriya vətəndaşı tərəfindən törədildiyi ehtimal edilir

Bavariya DİN: Partlayışın Suriya vətəndaşı tərəfindən törədildiyi ehtimal edilir
# 25 iyul 2016 04:10 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriya vətəndaşıdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bavariyanın daxili işlər naziri Yoahim Hermann bəyan edib.

“O, iki il bundan əvvəl Almaniya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir”, deyə Y.Hermann bildirib.

Nazir əlavə edib ki, ölən şəxs Almaniyada yaşadığı müddət ərzində iki dəfə intihara cəhd edib.

Almaniyanın Ansbah şəhərində, “Eugens Weinstube” restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR