Gənclər arasında cüdo üzrə Bakı çempionatı keçirilib

Gənclər arasında cüdo üzrə Bakı çempionatı keçirilib
# 20 yanvar 2016 19:58 (UTC +04:00)

Bakı-APA. 18-19 yanvar tarixlərində Şağan Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubundan APA-ya verilən məlumata görə, çempionatda 39 komanda, 198 idmançı iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Mülkü Müdafiə Qoşunlarının əsgəri 81 kq çəki dərəcəsində Heybətov Elçin 2-ci yer, 73 kq çəki dərəcəsində Fətəliyev Şamil 2-ci yerə layiq görülüblər.

Qeyd edək ki, çempionatın baş hakimi Telman Əhmədli, FHN-nin idmançılarının məşqçisi Taleh Sadıqov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR