MN Tibb Baş İdarəsinin baş terapevti: "Aprelin əvvəlində baş verən döyüşlərdə yaralanmış əsgərlərdən heç biri həyatını itirmədi"

MN Tibb Baş İdarəsinin baş terapevti: "Aprelin əvvəlində baş verən döyüşlərdə yaralanmış əsgərlərdən heç biri həyatını itirmədi"
# 27 aprel 2016 13:22 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin baş terapevti, polkovnik-leytenant Samil Qasımov deyib.


O bildirib ki, aprelin əvvəlində aprel Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə yaralanan Azərbaycan əsgərlərinə lazımı tibbi yardım göstərildikdən sonra onlar müxtəlif müalicə müəssisələrinə təxliyə ediliblər. S. Qasımovun sözlərinə görə, müalicədən sonra hamısı hərbi xidmət yerlərinə qayıdıblar: "Müəyyən bir hissəsi var ki, onlar bərpaedici müalicədən keçirlər. İkinci dəfə cərrahi əməliyyata ehtiyacı olan yaralılar da var. Əminəm ki, onlar da tezliklə tam sağalıb, hərbi xidmət yerlərinə qayıdacaqlar".


S. Qasımov əlavə edib ki, müalicə alan əsgərlərdə o qədər döyüş yüksəkliyi var idi, onlar yenidən döyüşə qayıtmağa can atırdılar: "Bu, bir daha onu göstərir ki, ordumuzun çox böyük döyüş əzmi var və inanırıq ki, qısa müddətdə işğal altındakı torpaqlarımızı azad edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR