Gədəbəydə qadın bıçaq xəsarəti alıb

 Gədəbəydə qadın bıçaq xəsarəti alıb
# 22 aprel 2016 23:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gədəbəydə mübahisə zamanı qadın bıçaq xəsarəti alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gədəbəy rayon sakini, 1967-ci il təvəllüdlü Həsənova Rəfiqə Hüseyn qızı döş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Qadının dediyinə görə, ona xəsarəti mübahisə zəminində oğlunun qaynı yetirib .

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR