Ötən il radikallığı təbliğ edən 372 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb

Ötən il radikallığı təbliğ edən 372 adda kitabın idxalının və yayılmasının qarşısı alınıb
# 17 may 2016 09:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “2015-ci il ərzində Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1827 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 372 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına 884 adda dini ədəbiyyata baxılaraq, onlardan 463 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib.

Eyni zamanda bildirilib ki, müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR