"Azərsu": Su və kanalizasiya xidmətləri üzrə tariflərə yenidən baxılmayacaq

"Azərsu": Su və kanalizasiya xidmətləri üzrə tariflərə yenidən baxılmayacaq
# 29 dekabr 2015 11:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bu gün su və kanalizasiya xidmətləri tariflərinə yenidən baxılması məsələsi gündəmdə deyil".

APA-Economics”in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

A. Cəbrayıllının sözlərinə görə, bu gün "Azərsu" ASC-nin qarşısında duran ən əsas məsələ itkilərin aşağı salınmasıdır: "Bununla, rentabelli səviyyəyə çıxa bilərik. Məqsədimiz budur ki, "Azərsu" mənfəət əldə edə bilsin. Ötən dövrdə Bakı şəhəri və regionlarda gördüyümüz işlər görülüb. Bunların arasında şəbəkənin sağlamlaşdırılması, yeni xətlərin quraşdırılması və sair işləri sadalamaq olar. Rayon və şəhərlər üzrə itkilərin 15-20% aşağı salınmasına nail ola bilmişik. Bizim işimizi ən çox əngəlləyən primitiv üsullarla boru xətlərinin çəkilməsidir".

Şöbə rəhbəri bildirib ki, "Azərsu"nun Bakıətrafı kənd və qəsəbələrdə itkiləri daha çoxdur.

A. Cəbrayıllı qeyd edib ki, yeni şəbəkənin quraşdırılması su itkilərinin minimuma endirilməsinə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR