Azərbaycanda qanunsuz ov edən şəxslərdən silah götürülüb

Azərbaycanda qanunsuz ov edən şəxslərdən silah götürülüb
# 19 dekabr 2015 12:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda qanunsuz ov edən şəxslərdən silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiyi üçün Gərəkli kənd sakini Maqomed Maqomedovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdikləri üçün Lənkəran rayon sakinləri Rəsul Rzayevdən və Abbas Əliyevdən müvafiq sənədləri olmayan “ATAARMS” və “Tula” markalı ov tüfəngləri, habelə 73 ədəd patron aşkar edilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR