Bakıda Qazax sakinini bıçaqlayan şəxs həbs edilib

Bakıda Qazax sakinini bıçaqlayan şəxs həbs edilib
# 23 sentyabr 2015 07:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bıçaqlama hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 21-də Binəqədi şosesində Qazax rayon sakini Vasif Məmmədova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fikrət Kazımov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR