Türkeş: “Rusiyanın bizi günahlandırması əsassız və qeyri-ciddidir”

Türkeş: “Rusiyanın bizi günahlandırması əsassız və qeyri-ciddidir”
# 06 aprel 2016 12:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Dağlıq Qarabağda baş verənlərə görə Rusiyanın bizi günahlandırması əsassız və qeyri-ciddidir”.


Bu sözləri APA-nın sualına cavabında Türkiyə baş nazirinin müavini Toğrul Türkeş deyib. “Rusiyada bəzi dairələr Türkiyənin Azərbaycanı müharibəyə təhrik etdiyini bildirir. Bu barədə nə demək istərdiniz?” – sualına T. Türkeş belə cavab verib: “Təyyarə hadisəsindən sonra bilirsiniz ki, Rusiya ilə Türkiyə arasında gərgin hava var. Ona görə, bölgədə nə baş versə, Türkiyə ilə əlaqələndirirlər. Bunun heç bir əsası və ciddiyyəti yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR