Radev: Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var

Radev: Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var
# 08 may 2024 13:04 (UTC +04:00)

Bizim Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata birgə bəyanatında bildirib.

Bolqarıstan Prezidenti qeyd edib ki, pilotsuz uçuş aparatları vasitəsilə kiçik həcmli yüklərin daşınması sahəsini yarada bilərik: "Bununla da Azərbaycana regionda aparıcı, yüksək texnologiyaya sahib olan və xüsusilə də ətraf mühit üçün zərərsiz olan həllər və layihələr təklif edirik. Biz nəinki bu layihələri müzakirə edirik, bəziləri ilə bağlı artıq sazişlər imzalanıb, müqavilələr bağlanıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR