Serj Sarkisyan Berlində etirazla qarşılanıb - YENİLƏNİB

Serj Sarkisyan Berlində etirazla qarşılanıb - <span style="color: red;">YENİLƏNİB
# 06 aprel 2016 14:43 (UTC +04:00)

Bakı - APA. Aprelin 6-da Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəziınin fəallarının dəstəyi ilə Ermənistan Prezidenti Serj Sarkisyanın Almaniyaya işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib.

TEAS-dan APA-ya verilən məlumata görə, aksiyada türk və gürcü diasporlarının nümayəndələri də iştirak ediblər.

Aksiya beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş ərazilərdən çıxmağa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırırdı.

Nümayişçilər beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələb edib, Federal Kansler Merkelin nəyə görə erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı qırğınına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşublar.

Qeyd edək ki, TEAS-ın Almaniya ofisinin direktoru Şahin Namati-Nasab Kansler Angela Merkelə məktub hazırlayaraq ona öncədən Ermənistanın BMT-nin 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, Ermənistanı ərazidən çıxmağa və hərbi əməliyyataları dayandırmağa çağıran dörd qətnaməsinə qarşı hörmətsiz yanaşmasını xatırlatmışdı.

***

saat 15.49

Bakı – APA. Almaniyaya rəsmi səfər edən Ermənistan prezidenti Serj Sarkisyanı Berlində yüzlərlə azərbaycanlı protest edib.

APA-nın “lent.az”a istinadən verdiyi məlumata görə, Almaniyanın baş nazirlik binasının qarşısında əllərində Azərbaycan bayraqları, ingilis və alman dillərində hazırlanmış şüarlarla Ermənistan prezidentini protest edən etirazçılar onun Qarabağda, Xocalıda soyqırım törətdiyini, uşaq qatili olduğunu vurğulayıblar, Qarabağın Azərbaycan torpaqları olduğuna dair şüarlar səsləndiriblər.

Yüzlərlə azərbaycanlı "Sarkisyan terrorist!" deyə qışqırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR