Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçirilir

Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçirilir
# 29 aprel 2016 15:42 (UTC +04:00)

Bakı-APA. Qarabağ bölgəsində açıq ürək əməliyyatları keçirilir.

APA-nın xəbərinə görə, əməliyyatlar həkim-kardiocərrah, millət vəkili Rəşad Mahmudovun rəhbərliyi altında Respublika Diaqnostika Mərkəzinin İnvaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin mütəxəssisləri tərəfindən Fizuli rayonun Diaqnostika Mərkəzində icra olunur.

"Uşaqların ürəyi Qarabağda döyünür!" şüarı altında aksiya çərçivəsində 1-10 yaşlı uşaqlarda anadangəlmə ürək qüsurları aradan qaldırılır.

Aksiya Səhiyyə Nazirliyinin tapşırığı və dövlət dəstəyi ilə icra olunur. Əməliyyatlar zamanı ən son texnoloji aparat və avadanlıqlardan istifadə edilir.

Aksiya Füzulidən sonra Qarabağın digər rayonlarında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR