Multikulturalizm Mərkəzi Qubada mühazirə keçirib

Multikulturalizm Mərkəzi Qubada mühazirə keçirib
# 12 iyun 2015 09:15 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayonun gəncləri və ziyalıları iştirak edib. Mərkəzin analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verib.

N.Qasımzadə Azərbaycan hökumətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər də aparıb.

Qeyd edək ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində reallaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR