Təhsil naziri Oğuzda vətəndaşlar üçün qəbul keçirib

Təhsil naziri Oğuzda vətəndaşlar üçün qəbul keçirib
# 31 iyul 2015 11:08 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Təhsil naziri Mikayıl Cabbarov Oğuz rayonunda Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar üçün qəbul keçirib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müraciətlər əsasən iş yerlərinin dəyişdirilməsi, işlə təmin olunma və digər məsələləri əhatə edib.

Nazirliyin əməkdaşlarının və müvafiq rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər araşdırılıb, M. Cabbarov qaldırılan məsələlərin həlli üçün müvafiq şəxslərə tapşırıqları verib.

Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə araşdırılması üçün müvafiq orqanlara ünvanlanacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR