Azərbaycanın dəniz nəqliyyatı ilə 3,1 mln. ton yük daşınıb

Azərbaycanın dəniz nəqliyyatı ilə 3,1 mln. ton yük daşınıb
# 13 iyun 2015 11:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-may aylarında dəniz nəqliyyatında daşınan yüklərin həcmi 3,1 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 71,2%-i neft yükləri, 28,8%-i isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

Bu ilin müvafiq dövrü ərzində dəniz limanlarında 4,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. İşlənmiş yüklərin 94,5%-i beynəlxalq tranzit yüklər təşkil edib.

Qeyd edək ki, bu il iyun ayının 1-ə limanlarda göndərilmək üçün 56,8 min ton idxal yüklərin qalığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR