Rikardo Quaresma yenidən “Beşiktaş”da

Rikardo Quaresma yenidən “Beşiktaş”da
# 18 iyul 2015 09:34 (UTC +04:00)

Bakı-APA. Portuqaliyalı futbolçu Rikardo Quaresma karyerasını yenidən “Beşiktaş”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyənin “A Spor” televiziya kanalı xəbər yayıb.


Bildirilir ki, “Porto”nun oyunçusu ilə artıq 2 illik ön müqavilə imzalanıb. Oyunçunun bazar ertəsi günü İstanbula gələcəyi və tibbi baxışdan keçərək rəsmi müqavilə imzalayacağı gözlənilir.

“Qara qartallar” bu transfer üçün “Porto”ya 1.6 milyon avro ödəyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2010-2012-ci illərdə “Beşiktaş”da çıxış edib. Bu müddətdə o, 46 oyunda meydana çıxıb və 8 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR