Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib
# 13 may 2015 01:55 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.

Yaponiya Baş Meteoroloji İdarəsi isə zəlzələnin maqnitudasının 6,6 olduğunu açıqlayıb.

Məlumata görə, zəlzələ Honsü adasının şərq sahilindən 33 km aralıda, Sakit okeanda baş verib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Yeraltı təkanlar Fukusima atom elektrik stansiyasının fəaliyyətinə təhlükə yaratmayıb.

Ölkənin şimal-şərqində sürət qatarlarının hərəkəti dayandırılıb.

Sunami xəbərdarlığı elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR