"Qızıl Kəlmə" Ədəbi Mükafatının qalibləri müəyyən edilib - FOTOSESSİYA

"Qızıl Kəlmə" Ədəbi Mükafatının qalibləri müəyyən edilib - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2015 12:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatının qalibləri müəyyən edilib.

APA-nın məlumatına görə, Mirzə Fətəli Axundov adına Milli Kitabxanada keçirilən mükafatlandırılma mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mükafat üçün 60 əsər təqdim olunub və onlardan nəsr, poeziya, ədəbi tənqid və publisistika, bədii tərcümə, uşaqlar üçün yazılmış əsərlər və şans nominasiyaları üzrə qaliblər müəyyənləşib.

Ə. Qarayev qeyd edib ki, mükafat yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi iki ildən bir keçirilir.

Münsiflər heyətinin qərarı ilə nəsr nominasiyasında mükafata Natiq Məmmədli və Şəmil Sadiq, poeziya nominasiyasında Əhməd Qəşəmoğlu və Ramiz Məmmədzadə, ədəbi tənqid və publisistika üzrə Azər Turan və Bədirxan Əhmədov, bədii tərcümə üzrə Şixəli Əliyev və Kazım Səlimov, uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə Qəşəm İsabəyli və Sevinc Nuruqızı, "Şanş" həvəsləndirici ödülü üzrə Fuad Babanlı və Rəşid Faxralı layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR