“Taliban” hərəkatının yeni liderinin adı məlum olub

“Taliban” hərəkatının yeni liderinin adı məlum olub
# 30 iyul 2015 16:13 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bundan sonra hərəkata Axtar Məhəmməd Mənsur rəhbərlik edəcək.

Hərəkat üzvü olan komandirlərdən biri bildirib ki, müvafiq qərar iyulun 29-da axşam saatlarında Kvetta Şurasının toplantısında yekdillikdə qəbul olunub. Onun sözlərinə görə, Şura yaxın günlərdə bununla bağlı bəyanat verəcək.

Xatırladaq ki, bu günlərdə Əfqanıstan rəsmiləri “Taliban” hərəkatının lideri Molla Məhəmməd Ömərin 2-3 il bundan öncə öldüyünü bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR