AMEA-nın magistraturasına qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 29-da başlayacaq

 AMEA-nın magistraturasına qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 29-da başlayacaq
# 24 iyun 2015 08:43 (UTC +04:00)

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10-00dan 17.00-dək AMEA-nın Elm və təhsil idarəsinin Təhsil şöbəsində aparılacaq.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil), 4 ədəd fotoşəkil (3×4 sm), magistraturaya qəbul imtahanının nəticələri haqqında məlumat tələb olunur.

Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından çıxarılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR