Bakıda “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 08 dekabr 2014 07:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, bu gün dünyada 250 milyon insan narkomaniyadan əziyyət çəkir.

Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, qəbul edilən qanun və proqramlardan danışan H.Hüseynova bildirib ki, Azərbaycanda digər dövlətlərlə müqayisədə narkomanların sayı az olsa da, bu məsələyə xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva internatda böyümüş qızların qayğı və işlə təminatı sahəsində mühüm işlər görür. Sağlam həya tərzi ilə bağlı maarifləndirmə işlərinin əhəmiyyətindən söz açan H.Hüseynova qeyd edib ki, rəhbərlik etdiyi Dövlət Komitəsi bu istiqamətdə maarifləndirici materiallar dərc edir, risk qrupuna daxil olan uşaq və qadınlar arasında işlər aparılır: “Təəssüf ki, qadın və uşaqlar bəzən insan alverinin qurbanına çevrilir. Bu insanların sonradan cəmiyyətə reinteqrasiya olunması istiqamətində işlər görülür”.

Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini əhəmiyyətli sayan H.Hüseynova ailənin qorunması üçün sağlam həyat tərzinin önəmli olduğunu vurğulayıb: “Təəssüf ki, bu gün qadınlar, gənclər arasında narkotik vasitələrdən asılı olanlar var. Bu da xəstə uşaqların doğulmasına səbəb olur. Biz bu bəlaya qalib gəlmək üçün səylərimizi birləşdirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR