Bakıda Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda siqaret aşkarlanıb - FOTO

Bakıda Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda siqaret aşkarlanıb - <span style="color: red;">FOTO
# 28 avqust 2014 12:32 (UTC +04:00)

Bakı - APA. Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları əməliyyat keçirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Hacıyev Laçın Akif oğlu ölkəmizin ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretləri Bakı şəhərində realizə etmək istəyərkən saxlanılıb.

L.Hacıyevin idarə etdiyi “Chevrolet Aveo” markalı 10 RX 281 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd karton qutuda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR