63 yaşlı Xızı sakini dənizdə batıb

63 yaşlı Xızı sakini dənizdə batıb
# 12 sentyabr 2014 20:02 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xızı rayonu, Yaşma kəndi ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 55 km aralıda) 1951-ci il təvəllüdlü Şeyxi Arif Rəhim oğlu batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

A.Şeyxinin meyiti dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR