Azərbaycanlı girovların yaxınları BMT-nin Azərbaycandakı nümayəndəliyində qəbul edilməyiblər

Azərbaycanlı girovların yaxınları BMT-nin Azərbaycandakı nümayəndəliyində qəbul edilməyiblər
# 28 noyabr 2014 12:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olub, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər. Bu barədə APA-ya Qarabağ Azadlığı Təşkilatının (QAT) mətbuat mərkəzindən məlumat verilib.

Görüş BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlamlıq durumu və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaq məqsədi daşıyıb: "Təəssüf ki, nümayəndəlikdən heç kəs onlarla görüşmək istəməyib, başqa ünvanlara müraciət etmələrini məsləhət görüblər. Girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibətinin insanlığa sığmadığını, qeyri-insani bir hərəkət olduğunu bildirib, həmçinin bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR