Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi azalıb

Azərbaycanda qeyri-həyat sığortası bazarı cüzi azalıb
# 14 avqust 2014 13:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 188,2 mln. manatı və ya 74,8%-i qeyri-həyat sığortasının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı səmi 0,1 mln. manat və ya təxminən 0,05% azalıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, qeyri-həyat sığortası üzrə yığımların 24,3%-i və yaxud 45,8 mln. manatı tibbi sığortanın, 20,1%-i və ya 37,8 mln. manatı avtomobillərin icbari sığortasının, 11,3%-i və ya 21,2 mln. manatı kasko sığortanın, 9,8%-i və ya 18,5 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,6%-i və ya 10,5 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin ilk 7 ayında sığorta bazarındakı ödənişlərin 93,8%-i və ya 73,2 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 6,8 mln. manat və ya təxminən 10,2% çoxdur. Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,3%-i və ya 27,3 mln. manatı tibbi sığortanın, 21,6%-i və ya 15,8 mln. manatı kasko sığortanın, 22,3%-i və ya 16,3 mln. manatı avtomobillərin icbari sığortasının, 8%-i və yaxud 5,9 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,8%-i və ya 1,3 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 35,3 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR