“AccessBank” xaricdən iri kredit cəlb edib

“AccessBank” xaricdən iri kredit cəlb edib
# 07 noyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 25 mln. avro məbləğində aralıq krediti ayıraraq Azərbaycanda kredit əməliyyatlarına başlayıb.

"APA-Economics"in xəbərinə görə, təqdim olunan vəsait Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

“AccessBank”ın baş meneceri Michael Hoffman bildirib ki, bu, bank üçün çox vacib layihədir: “Bizə iri həcmli kredit verən tərəfdaşımızın dəstəyini yüksək qiymətləndiririk. Fəxr edirik ki, AİB kimi nüfuzlu maliyyə institutu Azərbaycanda ilk kredit məhz “AccessBank”a ayırıb. AİB tərəfindən təqdim olunan vəsait ölkənin dinamik surətdə inkişaf edən KOB sektorunun kreditləşməsinə yönələn bank fəaliyyətinin inkişafına böyük töhfə verəcək”.

AİB-in vitse prezidenti Vilhelm Molterer isə bildirib ki, AİB-in Azərbaycana verdiyi ilk kredit KOB müəssisələrinin uzunmüddətli maliyyələşmə imkanlarından istifadə etməsinə və bu yolla özəl sektorun inkişaf etməsinə yardım edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR