Poroşenko: Ukrayna ordusu sərhədi keçən Rusiyanın hərbi texnikasını məhv edib

Poroşenko: Ukrayna ordusu sərhədi keçən Rusiyanın hərbi texnikasını məhv edib
# 15 avqust 2014 17:42 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə danışığı zamanı bildirib. “Prezident Rusiya hərbi texnikasının Ukraynaya keçməsi barədə beynəlxalq jurnalistlərin yaydığı məlumatın doğru olduğunu və təsdiqləndiyini bildirib, çünki bu texnikanın böyük hissəsi gecə saatlarında Ukrayna artilleriyası tərəfindən məhv edilib”, deyə prezidentin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, prezident sərhəddə yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, belə ki, sərhədin nəzarətsiz olan hissəsindən Rusiyadan Ukraynaya ağır hərbi texnika və silah-sursat hələ də daxil olmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR