Böyük Britaniya jurnalında “ASAN Xidmət” barədə məqalə dərc olunub

Böyük Britaniya jurnalında “ASAN Xidmət” barədə məqalə dərc olunub
# 10 sentyabr 2014 16:21 (UTC +04:00)

Baku - APA. Böyük Britaniyada nəşr edilən nüfuzlu “Diplomat” jurnalı “ASAN Xidmət” Mərkəzi barədə məqalə dərc edib.


Avropa Azərbaycan Cəmiyyətindən APA ya verilən məlumata görə, məqalədə “ASAN Xidmət” Mərkəzinin Azərbaycan üçün əsl müvəffəqiyyət olduğu qeyd edilir. Bildirilib ki, “ASAN xidmət”in əsas məqsədi səmərəliliyi artırmaq və dövlət xidmətlərini əhali üçün daha əlçatan səviyyəyə gətirməkdən ibarətdir: “”ASAN xidmət” rüşvətxorluğun qarşısını alır, rüşvət alınması və ya təklif edilməsinə imkan vermir. “ASAN xidmət”in əsası 2011-ci ildə prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub. Vergi uçotundan tutmuş sürücülük vəsiqələrinin yenilənməsinə qədər bir çox inzibati xidmətlər “ASAN xidmət” mərkəzlərində və ya ASAN rəsmi internet saytında göstərilir. Ümumilikdə “ASAN” 22 növ xidmət göstərir. Həmçinin, xidmət mərkəzlərinə getmək imkanı olmayanlar vətəndaşlar üçün mobil ASAN xidmətlər təklif olunur”.

Qeyd olunub ki, hazırda informasiya və kommunikasiya texnologiyalarının dövlət orqanlarında yardım məqsədilə istifadə olunmasında Azərbaycan MDB və bəzi Avropa ölkələri arasında ilk sıralardadır. “Vahid pəncərə” sistemi Böyük Britaniya, Kanada və Gürcüstan kimi ölkələrdə tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR