Arif Əsgərov: “Qəzvin-Rəşt-Astara dəmir yolu ilə əlaqədar Azərbaycan, Rusiya və İran arasında danışıqlar gedir” - VİDEO

Arif Əsgərov: “Qəzvin-Rəşt-Astara dəmir yolu ilə əlaqədar Azərbaycan, Rusiya və İran arasında danışıqlar gedir” - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2014 08:17 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov məlumat verib.

“Sözügedən məsələ ilə bağlı aidiyyatı protokollar imzalanır. Oktyabrın 21-22-də Azərbaycanda Dəmir Yolları Şurasının iclası keçiriləcək və bu məsələyə bir daha orada da baxılacaq”, - deyə o əlavə edib.

A. Əsgərov onu da bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı yol təsərrüfatı işləri artıq başa çatmaq üzrədir.

“Gürcüstanda Ahalkalaki stansiyasında quruculuq işləri qalıb. Hazırda bu stansiyada işlər tamamlanma mərhələsindədir. Öncədən məlumat verildiyi kimi, bu ilin sonuna qədər işçi qatar Türkiyə ilə sərhədə kimi yola düşəcək”, - deyə A. Əsgərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR