Həbsdəki "Nida"çılar prezident İlham Əliyevə əfv müraciəti ediblər - MƏTN

Həbsdəki "Nida"çılar prezident İlham Əliyevə əfv müraciəti ediblər - <span style="color: red;">MƏTN
# 30 sentyabr 2014 12:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan “NİDA” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət edib.

APA-nın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, həmin şəxslərin xahişi əsasında müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılıb.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Biz həbsdəki “Nida”çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik. Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı. Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəksiniz.


Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.


Hörmətli cənab Prezident!


Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR