Ombudsmanın nümayəndələri Hilal Məmmədovla görüşüblər

Ombudsmanın nümayəndələri Hilal Məmmədovla görüşüblər
# 13 avqust 2014 07:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən Milli Preventiv Qrupun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində və 17 saylı Cəzaçəkmə Müəssisələrində başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd məhkumlardan və Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərin araşdırılması olub.

Müraciətlə əlaqədar Müalicə Müəssisəsində fərdi qaydada qəbul edilən məhkum H. T. Ş. oğlu müalicəsinin gedişindən narazılığını bildirib. Lakin MPQ üzvləri tərəfindən psixiatriya şöbəsində müalicə olunan həmin məhkumun tibbi sənədləri ilə tanışlıq, onun müalicə həkimi, həmçinin müəssisənin baş həkimi ilə aparılan söhbət, eyni zamanda müəssisənin baş həkiminin təşəbbüsü ilə MPQ-nin həkim üzvünün də iştirakı ilə aparılan hərtərəfli təkrar müayinələrindən sonra (USM, rentgenoloji, elektrokardioqrafiya) onun müalicəsinin tibbi göstərişlərə uyğun aparıldığı müəyyən edilib.

MPQ üzvləri tərəfindən həmin gün 17 saylı CÇM-də 16 nəfər məhkumla, o cümlədən Hilal Məmmədovla görüşülüb, onların hər biri ilə konfidensial söhbət aparılıb.

Qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı saxlanılma şəraiti və rəftarla bağlı şikayət daxil olmayıb.

Həmin məhkumlara hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.

Həmçinin 17 saylı CÇM-də məhkumların istirahəti üçün idman meydançasının, idman zalının, asudə vaxt mərkəzinin artıq yekunlaşmaq üzrə olan tikintisi MPQ üzvləri tərəfindən müsbət dəyərləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR