Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 13-cü km-də, rayonun Yaqubova kəndi ərazində qeydə alınıb.
Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Şıxəmmədov Mahmud Şıxməmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. Maşında olan sərnişin, sürücünün həyat yoldaşı, 1953-cü il təvəllüdlü Şıxəmmədova İmarə Murad qızı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.