Qaxda narkotik tərkibli bitki becərən 2 nəfər həbs edilib

Qaxda narkotik tərkibli bitki becərən 2 nəfər həbs edilib
# 23 iyul 2014 21:15 (UTC +04:00)

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərdirilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Calayır kənd inzibati ərazisində meşə zolağının ayrı-ayrı hissələrində, birində 5 ədəd, digər hissəsində isə 20 ədəd olmaqla, kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Narkotik tərkibli bitkilərin kimin tərəfindən əkildiyini müəyyən etmək üçün əraziyə Qax RPŞ-i tərəfindən pusqu təyin edilib. Nəzarətdə olan əraziyə iki nəfər nəməlum şəxs gələrək narkotik tərkibli bitkiyə qulluq etdikləri zaman elə iş başında yaxalanıblar.

Aparılan araşdırma zamanı məlum olub ki, ərazidə narkotik tərkibli bitkini əkən və qulluq edən şəxslər 1981-ci il təvəllüdlü, Balakən rayonu Gərəkli kənd sakini Akif Qurban oğlu Musayev və 1975-ci il təvəllüdlü, Balakən şəhər sakini Rəfail Məmməd oğlu Manafovdur. Saxlanılan şəxslərin üstlərində aparılan axtarış zamanı Akif Musayevdən 5,7 qram narkotik maddə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İş başında yaxalanan Akif Musayev və Rəfail Manafov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılıblar. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR