DGK: Qaçaqmalçılıq hallarına qarşı mübarizə gücləndirilib

DGK: Qaçaqmalçılıq hallarına qarşı mübarizə gücləndirilib
# 12 dekabr 2014 10:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən mallara qarşı nəzarət tədbirləri gücləndirilib.

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev bildirib.

Son zamanlar Gürcüstan ilə sərhəddəki gömrük-keçid məntəqəsində yaranan növbəyə münasibət bildirərkən Ə. Abdullayev deyib ki, buna səbəb Yeni il bayramı öncəsi ölkəyə gətirilən mallara nəzarətin gücləndirilməsidir: “Heç bir nəqliyyat vasitəsi ilə bağlı ayrıca təlimat verilmir. Sadəcə elə nəqliyyat vasitələri var ki, onlar vasitəsi ilə qaçaq mal daşınır. Bizim əlimizdə faktlar var. Söhbət tütün məmulatları, telefon, pirotexniki vasitələr, spirtli içkilərdən gedir”.

Komitə sədrinin müavini onu da əlavə edib ki, son zamanlar pirotexniki vasitələrin ölkəyə gətirilməsi halları artıb. “Pirotexniki vasitələr müxtəlif nəqliyyat vasitələri ilə Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilir. Qarşısını almağa çalışırıq, lakin yenə də gətirilir. Bununla belə, bu vasitələr satış yerlərindən müsadirə ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR