Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrlərinə daxil olan məlumatların sayı açıqlanıb

Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrlərinə daxil olan məlumatların sayı açıqlanıb
# 10 dekabr 2014 11:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dekabrın 1-nə qədər bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə 230 məlumat daxil edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə “Elektron hökumət” bülleteninin dekabr buraxılışında bildirilir.

Məlumatlardan 78-i Dövlət İnformasiya Ehtiyatları, 152-si isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.

Xatırladaq ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan prezidentinin 5 fevral 2013-cü il tarixli fərmanında da öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR