Azərbaycanın fövqəladə hallar naziri Qırğızıstan baş nazirinin birinci müavini ilə görüşüb - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Qırğızıstan baş nazirinin birinci müavini ilə görüşüb - <span style="color: red;">FOTO
# 10 sentyabr 2014 14:36 (UTC +04:00)

FHN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturları haqqında ətraflı məlumat vermiş, iki dost ölkə arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə sıx əməkdaşlığın mövcud olduğunu deyib.

O bildirib ki, Azərbaycan və Qırğızıstan FHN-lərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin daha da möhkəmlənməsinə yeni töhfələr verir.

Qırğızıstan Respublikası baş nazirinin birinci müavini dost və qardaş Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu ifadə edərək demişdir ki, iqtisadiyyatın müxtəlif sahələrində, habelə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi rəsmi Bişkek üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan qarşılıqlı səfərlərin və birgə tədbirlərin həyata keçirilməsi istiqamətində səylər artırılacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR