“İnstitusional İslahat Planının həyata keçirilməsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsi təqdim olunub - VİDEO

“İnstitusional İslahat Planının həyata keçirilməsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsi təqdim olunub - <span style="color: red;">VİDEO
# 02 dekabr 2014 12:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. “İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya dəstək” layihəsinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib ki, sözügedən layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və sədri olduğu komissiya tərəfindən birgə maliyyələşdirilir: "Layihənin icrasına bu ilin sentyabr ayından tam şəkildə başlanılıb. İcraçı qismində artıq neçə ildir əməkdaşlıq etdiyimiz Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətini və BMT-nin İnkişaf Proqramını cəlb etmişik. Əsas məqsədimiz Komissiyanın dövlət qulluqçularının təlimi və peşəkar inkişafı sahəsində siyasət formalaşdırılması və həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə potensialın artırılmasıdır. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində Komissiyasının təlim və strategiya struktur bölməsinin qurulmasını, habelə dövlət Təlim Mərkəzinin yaradılmasını, Dövlət qulluqçuları üçün təlim strategiyasının hazırlanmasını, prioritet sahələrdə təlimçi bazasının formalaşdırılmasını hədəfləmişik".

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard bildirib ki, bu layihənin təqdimat mərasimində iştirak etməkdən məmnundur: "Layihə çərçivəsində təlimlərin keçirilməsi dövlət qulluqçularının potensialının artırılmasına çox böyük töhfə verəcək. Yeni təlim modulları hazırlanacaq və bu modullar üzrə təlimlər keçiriləcək".

Tədbirdə həmçinin BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident Nümayəndəsi Antonius Broek, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri Henninq Tvesten də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR