Azərbaycanda tikinti işlərində qiymətlər cüzi bahalaşıb

Azərbaycanda tikinti işlərində qiymətlər cüzi bahalaşıb
# 07 avqust 2014 08:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,1% ucuzlaşma, yol və körpü tikintisində isə 1,4% bahalaşma müşahidə edilib.

Bu ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, sosial təyinatlı binaların tikintisi üzrə 0,5% ucuzlaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 1,1% bahalaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% bahalaşıb, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% ucuzlaşıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,6 faiz ucuzlaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 1,1% bahalaşıb.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 1,6%, körpü tikintisi üzrə qiymətlər isə 0,1% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR