Yağışlar nəticəsində Lənkəranda fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub, 4 nəfər təhlükəsiz əraziyə köçürülüb

Yağışlar nəticəsində Lənkəranda fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub, 4 nəfər təhlükəsiz əraziyə köçürülüb
# 25 noyabr 2014 06:44 (UTC +04:00)

Bakı - APA. Yağan yağışlar nəticəsində Lənkəran şəhərində fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR