Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin tədris planları təsdiqlənib

Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin tədris planları təsdiqlənib
# 01 avqust 2014 07:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planları təsdiqlənib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyin məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsinə (F.Şahbazlı) tapşırılıb ki, nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR