Lənkəran rayonunda körpü uçub - FOTOSESSİYA - VİDEO

Lənkəran rayonunda körpü uçub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 12 may 2015 19:52 (UTC +04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün saat 20 radələrində Ələt-Astara magistral yolunun 184.5 kilometrliyində, rayonun Liman şəhəri ərazisindəki Boladıçay üzərində uzunluğu 50, eni 7 metr olan körpü uçub.

Məlumata görə, körpü üzərindən “Shacman” markalı yük maşını keçdikdən sonra uçub.

Hazırda nəqliyyat vasitələri alternativ Lənkəran-Boradigah, Boladi-Zövlə yollardan istifadə edirlər.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki uçan körpü 50 il bundan əvvəl istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR