Zaqatalada 16 yaşlı Qazax sakinini elektrik cərəyanı vurub

Zaqatalada 16 yaşlı Qazax sakinini elektrik cərəyanı vurub
# 05 avqust 2008 14:57 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada 16 yaşlı Qazax sakinini elektrik cərəyanı vurub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Prokurorluğundan (RP) məlumat verilib. Zaqatalada fəaliyyət göstərən tütün fabrikində fəhlə işləyən Qazax rayonunun Kosalar kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əkbər oğlu Mehdixanovu elektrik cərəyanı vurub. Mərkəzi Xəstəxanasına çatdırılan Ə. Mehdixanovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zaqatala RP-da araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR