«Naxçıvan abidələri» ensiklopediyası çapa ediləcək

«Naxçıvan abidələri» ensiklopediyası çapa ediləcək
# 07 avqust 2008 10:02 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. «Naxçıvan abidələri» ensiklopediyası çapa hazırlanır. AMEA Naxçıvan bölməsinin informasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlinin APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, ensiklopediya materiallarının toplanılması işi artıq başa çatdırılıb. Təqdim olunacaq materiallar üçün Naxçıvanın qədim yaşayış məskənləri, tarixi, memarlıq və təbiət abidələri, maddi-mədəniyyət nümunələri - körpülər, qalalar, ziyarətgahlar, pirlər haqqında ətraflı məlumatlar toplanılıb. Ümumilikdə, ensiklopediyada 231 arxeoloji, 13 tarixi, 50 memarlıq, 2 tarixi-arxeoloji, 18 təbiət, 47 tarixi-memarlıq, 22 monumental sənət, o cümlədən 5 tarixi xəritə, 21 tarixi abidənin plan layihəsi verilməklə 600-dək məqalə, həmçinin həmin abidələrin fotoşəkilləri yer alacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR