İlin sonunadək beynəlxalq sərgilərdə 200-dən çox azərbaycanlı iş adamı iştirak edəcək

İlin sonunadək beynəlxalq sərgilərdə 200-dən çox azərbaycanlı iş adamı iştirak edəcək
# 18 avqust 2008 15:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə bu il ərzində Türkiyə, İspaniya, Almaniya, Yunanıstan və s. ölkələrdə təşkil olunan sərgi və biznes forumlarda 200-ə yaxın yerli iş adamı iştirak edib.
ASK-nın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, ilin sonunadək beynəlxalq sərgilərdə daha 200-dən artıq iş adamının iştirakı nəzərdə tutulur.
Bu il ərzində həmçinin ASK Salyan, Zərdab və Abşeron rayon nümayəndəliklərini yaratmaqla onların sayını 36-a çatdırıb.
Qeyd edək ki, bu il mayın 26-da Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK arasında üçtərəfli qaydada ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2008-2009-cu illər üçün Baş Kollektiv Saziş bağlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR