«Chrysler» şirkəti Rusiyada yeni «Volga» avtomobili istehsal edəcək

«Chrysler» şirkəti Rusiyada yeni «Volga» avtomobili istehsal edəcək
# 19 avqust 2008 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda ağır maliyyə vəziyyətində olan ABŞ-ın «Chrysler» avtomobil şirkəti avtomaşınların satışını artırmaq məqsədi ilə yeni tərəfdaşlar axtarışındadır.
«APA-Economics»in məlumatına görə, «Chrysler»in tərəfdaşlarından biri Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ) ola bilər. Belə ki, QAZ «Chrysler Sebring» avtomobil bazasında yeni «Volga Siber» modelinin istehsalına başlayıb. Bu ilin sonunadək Rusiyada birgə müəssisənin yaradılması məsələsi həll olunacaq. Əməkdaşlıq çərçivəsində «Chrysler» və QAZ «Dodge Caliber» avtomobilinin bazasında yeni «Volga» modelinin istehsalına başlaya bilər.
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində «Chrysler» şirkətinin avtomobil satışı ötən ilin analoji dövrü ilə müqayisədə 23% azalıb. İlin sonunadək isə satış həcmi daha da azala bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR